Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105699
az

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb

11:2807 Aprel, 2024
129
KRİMİNAL
  • A

Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə  Oxu24.com-a Yevlax rayon prokurorluğundan bildirilib.

 

Araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Generalın məhkəməsində ŞOK İFADƏ:
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi