Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102595
az

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

14:1010 Fevral, 2024
196
KRİMİNAL
  • A

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub.

Baş Prokurorluqdan Oxu24.com-a verilən xəbərə görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Həsənov Alyar Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.


Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Generalın məhkəməsində ŞOK İFADƏ:
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı