Pərvanənin anası: “Ürəyimə dammışdı ki, qızım ölüb”
28 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
409
06.02.2024, 10:28
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib.
Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib.
Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. Tam xatırlaya bilmirəm, ancaq videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Əslində, qəzanı törətməmişdən əvvəl içkili olmamışam. Mən içkini bir gün əvvəl barda içmişdim. Kaş Ruslan yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm".
Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.
18:16 / 28 Noyabr 2026
37
17:43 / 28 Noyabr 2026
80
16:40 / 28 Noyabr 2026
133
16:35 / 28 Noyabr 2026
111
16:07 / 28 Noyabr 2026
120
15:49 / 28 Noyabr 2026
482
15:41 / 28 Noyabr 2026
195
15:07 / 28 Noyabr 2026
200
14:55 / 28 Noyabr 2026
148
14:38 / 28 Noyabr 2026
281
14:09 / 28 Noyabr 2026
179
13:52 / 28 Noyabr 2026
785
13:22 / 28 Noyabr 2026
1179
13:02 / 28 Noyabr 2026
273
12:56 / 28 Noyabr 2026
177
12:43 / 28 Noyabr 2026
479
12:12 / 28 Noyabr 2026
1620
12:05 / 28 Noyabr 2026
191
11:50 / 28 Noyabr 2026
209
11:21 / 28 Noyabr 2026
202
11:13 / 28 Noyabr 2026
186
10:46 / 28 Noyabr 2026
328
10:39 / 28 Noyabr 2026
493
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.