Qaynar xətt:

(+99450) 247 90 86

Şirvanda narkotik alverçisi həbs edilib

Şirvanda narkotik alverçisi həbs edilib

KRİMİNAL

418

04.02.2024, 10:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.