Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10182
az

Bezmişdim, hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi

00:2922 Fevral, 2019
664
KRİMİNAL
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində ərini meyvə qabı ilə vurub öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə Vəliyevaya cəza istənilib.


Hakim Ənvər Seyidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses fevralın 28-də davam etdiriləcək.


İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.


İki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: “Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".


T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi