Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10064
az

Azərbaycanda kürəkəndən qayınatasına qarşı ŞOK ƏMƏL - İki nəfərlə əlbir olub...

19:4718 Fevral, 2019
639
  • A
Salyan rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.

 xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə gələrək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rabil Qəribağa oğlu Rəhimov və onun tanışları, Lerik rayonunun Züvüç kənd sakinləri - Müşfiq Şirməmməd oğlu Quliyev və qardaşı Xoşbəxt Şirməmməd oğlu Quliyev Masallı rayonunda heyvan bazarında saxlanılıblar.

İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır

{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi