Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100599
az

Goranboyda maskalı şəxslər mağazadan oğurluq edib - FOTO

13:5706 Yanvar, 2024
262
KRİMİNAL
  • A

Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsinə yanvar ayının 2-də rayonun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması barədə məlumat daxil olub.
Ətraflı

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və ilkin araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 250 manat nağd pul, 2000 manat dəyərində tütün və ərzaq mallarını oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxlərin rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Qafarov olmaları müəyyən edilib və həmin şəxslər maddi şübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Şübhəli şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədovun 2023-cü ilin fevral ayında həmkəndlisinin evinə qeyri-qanuni yolla daxil olaraq oradan 200 ABŞ dolları və 204 manat nağd pul oğurlaması da məlum olub olub.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məqaləyə dair fotomateriallar:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı