Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100
az

Anar Nağılbazın eks-xanımı “Bandotdel”ə çağırıldı

12:1830 Mart, 2018
2898
KRİMİNAL
  • A
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( Bandotdel ) çağırılıb.


 Oxu24.com  xəbər verir ki, bu barədə “Qafqazinfo”ya A. Cəbiyevanın özü məlumat verib.

O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib:

“Rizvan müəllim, keçmiş qayınatam məndən şikayətçi olub.  Guya, onların evinə getmişəm, hədə-qorxu gəlmişəm. Mən kiməm ki, hədə-qorxu gələm? Bu günə kimi heç kəsdən şikayətçi olmamışam, Rizvan Cəbiyevlə isə heç vaxt problemim olmayıb. Həmişə qeyd eləmişəm ki, o, övladlarıma dəstək olub.  Ancaq keçmiş qayınatamın məni “Bandotdel”ə şikayət etməsinə şoka düşdüm. Məni niyə görə çağırıblar? Anar deyir ki, qanun biz tərəfdəndi, deputat oğluyam. Bəli, bunun şahidi də olmuşam. Hər yerdə təzyiq göstəriblər. Mənim problemim Anarladır, iki övladımız var. Deyirəm ki, övladlarına atalıq etsin”.

A. Cəbiyeva iki gün əvvəl sabiq deputatla üzləşdiyini qeyd edib:

“İki gün bundan əvvəl üzləşmədə olduq. Heç bir məntiqə uyğun sözlər deyilmədi. Müstəntiq də şahid oldu. Rizvan müəllim gördü ki, haqlıyam.  Dedi ki, mənimlə baş-başa gəlmə,nələrə qadirəm, bilmirsən. Oğlu bir yandan, atası da bir yandan hədələyir. İndi qərar verilməlidir. Onların təzyiqi olmasa, haqq öz yerini tapacaq”.


https://www.facebook.com/sozbazari/" target="_blank">BİZİ BURADAN İZLƏYİN


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü