Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
28 Sentyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
702
22.08.2023, 17:27
Kapital Bank və Qırmızı Ürəklərin iştirakı ilə Xəzərin Hövsan sahili tullantılardan təmizlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşuldu. Ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Saipem” və “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatıldılar.
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov bildirdi ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırdı.
Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
29
23:52 / 28 Sentyabr 2026
39
23:19 / 28 Sentyabr 2026
60
23:06 / 28 Sentyabr 2026
141
23:02 / 28 Sentyabr 2026
1213
22:58 / 28 Sentyabr 2026
59
22:51 / 28 Sentyabr 2026
53
22:40 / 28 Sentyabr 2026
710
22:35 / 28 Sentyabr 2026
201
22:34 / 28 Sentyabr 2026
165
22:28 / 28 Sentyabr 2026
157
22:24 / 28 Sentyabr 2026
70
22:15 / 28 Sentyabr 2026
59
21:56 / 28 Sentyabr 2026
74
21:55 / 28 Sentyabr 2026
89
21:51 / 28 Sentyabr 2026
59
21:48 / 28 Sentyabr 2026
72
21:40 / 28 Sentyabr 2026
2326
21:36 / 28 Sentyabr 2026
63
21:33 / 28 Sentyabr 2026
60
21:31 / 28 Sentyabr 2026
68
21:13 / 28 Sentyabr 2026
134
21:06 / 28 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.