Qaynar xətt:

(+99450) 247 90 86

Neft qiymətləri 1 %-dən çox artıb

Neft qiymətləri 1 %-dən çox artıb

İQTİSADİYYAT

576

17.03.2023, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dünya bazarında neft qiymətləri 1 %-dən çox artıb.
Oxu24.com birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 1,1 % bahalaşaraq 75,52 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,14 % artaraq 1 bareli 69,13 ABŞ dolları təşkil edib. Neftin bahalaşmasını bir sıra amillər, o cümlədən korreksiya dinamikası, treyderlərin riskə getməsi və dolların ucuzlaşması şərtləndirir.
Bu arada, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,26 % azalaraq 104,15 bənd təşkil edib. Dolların ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir.