Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev: Avropa məkanına təbii qaz ixracımız ildən-ilə artır

İlham Əliyev: Avropa məkanına təbii qaz ixracımız ildən-ilə artır

İQTİSADİYYAT

463

14.03.2023, 20:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və bu rəqəmlər ildən-ilə artır.
 
 
OXU24.COM  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
 
“Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın ən azı 10 ölkəsindən sifarişlər, təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da artıq qaz təchiz etdiyimiz ölkələrdə qazın həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qaz Avropa məkanına çatdırmağı planlaşdırırıq”, - deyə dövlətimizin başçısı bildirib.