Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

İQTİSADİYYAT

518

11.03.2023, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,66 ABŞ dolları, yaxud 0,77 % azalaraq 84,79 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 82,78 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.