Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
03 Oktyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
709
08.03.2023, 11:01
Kapital Bank-la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!
Kapital Bank hər il olduğu kimi bu il də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Women of Azerbaijan” platforması çərçivəsində sahibkar xanımlara yeni fürsətlər təqdim edir. Bu il “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı yeni və maraqlı layihəni təqdim edir.
Layihə çərçivəsində ölkənin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstəriləcək. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər və vörkşoplar keçiriləcək.
Layihədə iştirak etmək istəyənlər 8 mart – 22 mart 2023-cü il tarixləri aralığında //woa.az/ saytına keçid etməklə qeydiyyatdan keçə bilərlər. Aprel ayının 3-dən etibarən bu sahədə peşəkar olan şəxslər tərəfindən təlimlər və vörkşoplara start veriləcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
19:09 / 04 Oktyabr 2026
10
18:44 / 04 Oktyabr 2026
20
18:34 / 04 Oktyabr 2026
36
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
67
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
398
17:23 / 04 Oktyabr 2026
203
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1918
16:56 / 04 Oktyabr 2026
184
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
167
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
72
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
297
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.