Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83959
az

Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu

11:1506 Mart, 2023
332
  • A

Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu

 

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn müraciət kanalları (kapitalbank.az, birbank.az, umico.az saytları, Birbank mobil tətbiqi, 8196 qısa nömrəsinə 1 yazaraq, (+99450) 999 81 96 WhatsApp nömrəsindən və ya sosial şəbəkələrdən) vasitəsilə nağd pul krediti götürən müştərilər iki iştirak şansı, Kapital Bank filiallarından nağd pul krediti götürənlər isə bir iştirak şansı qazanaraq avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

 

3 mart tarixində lotereyanın 1-ci tirajı keçirilib və 23 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – //kbl.az/kbgtkl.

 

Lotereya aksiyası hələ də davam edir. 5 aprel tarixlərində keçirilən tiraj zamanı ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.

 

Qaliblər 5 aprel 2023-cü il tarixlərində, saat 11:00-da, Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.

 

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün //www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün - //kbl.az/kbgtkl.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Sumqayıtda kanalizasiya sistemi yenidən qurulur- 41 milyonluq müqavilə
Bu ziyana görə     cərimələr     sərtləşdirilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin