Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb
08 Oktyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
601
02.02.2023, 10:52
Birbank sahibləri yanvar ayında 3,8 milyon manat keşbek əldə ediblər
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri yanvar ayında bonuslardan ortalama 55 manat pul qazanıblar.
Yanvar ayı ərzində Birbank-lılar ümumilikdə 3,8 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 231 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 220 000 manatdır. Müştərilər qazandıqları keşbekin 95%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 27% artaraq, təqribən 1,4 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
20:55 / 08 Oktyabr 2026
10
20:42 / 08 Oktyabr 2026
35
20:27 / 08 Oktyabr 2026
43
20:19 / 08 Oktyabr 2026
45
20:07 / 08 Oktyabr 2026
49
19:57 / 08 Oktyabr 2026
60
19:40 / 08 Oktyabr 2026
71
19:27 / 08 Oktyabr 2026
58
19:18 / 08 Oktyabr 2026
154
19:10 / 08 Oktyabr 2026
63
18:59 / 08 Oktyabr 2026
104
18:50 / 08 Oktyabr 2026
99
18:43 / 08 Oktyabr 2026
70
18:39 / 08 Oktyabr 2026
88
18:29 / 08 Oktyabr 2026
121
18:22 / 08 Oktyabr 2026
64
18:19 / 08 Oktyabr 2026
84
18:15 / 08 Oktyabr 2026
362
18:11 / 08 Oktyabr 2026
58
18:08 / 08 Oktyabr 2026
787
18:06 / 08 Oktyabr 2026
166
18:02 / 08 Oktyabr 2026
193
18:02 / 08 Oktyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.