Neftimiz UCUZLAŞDI
10 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
640
06.01.2023, 20:00
Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.
Sual doğuran məqam sərəncamın kimlərə şamil olunacağıdır. Bəziləri bütün müəllimlərin bu sərəncamdan yararlanacaqlarını düşünsələr də, bir qisim, sadəcə, diaqnostik qiymətləndirmə və sertifikasiya proseslərindən uğurla keçənlərin maaşlarında artımın olacağına inanır.
Bəs ümumilikdə yanvarın birindən hansı müəllimlərin əməkhaqlarında artım gözlənilir?
OXU24.COM xəbər verir ki, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı oxu.az-a açıqlamasında sərəncamın məktəblərdə yalnız müəllimləri əhatə etməyəcəyini bildirib:
"Qeyd etmək lazımdır ki, minimum aylıq əməkhaqqının artımı ilə bağlı sərəncam bütün sahələrdə çalışan vətəndaşları əhatə edir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllimlərimizin maaşlarında kifayət qədər artım müşahidə olunur. Həmçinin bu artım məktəblərdə müxtəlif vəzifələrdə çalışan təhsil işçilərinə də şamil edilir. Yəni təhsil müəssisələrində çalışan və əməkhaqqısının məbləği 345 manatdan aşağı olan işçilərin maaşı müəyyən edilən minimuma çatdırılacaq".
Təhsil eksperti Qoşqar Məhərrəmov isə açıqlamasında bu artımın müəllimlərin maaşlarına müxtəlif şəkildə təsir edəcəyini bildirib:
"Sözügedən sərəncamda ilk maddədə minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi, növbəti maddədə isə dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarının birinci maddəyə uyğunlaşdırılması qeyd edilib. Bu o deməkdir ki, dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri bu artımdan faydalanacaqlar. Amma bu artım müəllimlərin maaşlarına fərqli şəkildə təsir göstərəcək. Məsələn, bir müəllimin maaşına 30, digərinin isə 40, yaxud 50 manat artım olacaq. Ümumilikdə isə bu artımdan dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri yararlana biləcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu ayın sonuna kimi 345 manat müəyyənləşdirilən minimum əməkhaqqı miqdarına uyğun olaraq vətəndaşların maaşlarının hansı şəkildə artırılacağını müəyyən edəcək. Yəni bu artım sertifikasiyadan keçənlərlə yanaşı, keçməyən müəllimləri də əhatə edir".
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
22:06 / 10 Oktyabr 2026
31
21:36 / 10 Oktyabr 2026
551
21:20 / 10 Oktyabr 2026
81
21:10 / 10 Oktyabr 2026
76
21:02 / 10 Oktyabr 2026
117
20:50 / 10 Oktyabr 2026
92
20:37 / 10 Oktyabr 2026
72
20:26 / 10 Oktyabr 2026
103
20:04 / 10 Oktyabr 2026
111
19:53 / 10 Oktyabr 2026
172
19:42 / 10 Oktyabr 2026
376
19:32 / 10 Oktyabr 2026
99
19:25 / 10 Oktyabr 2026
185
19:16 / 10 Oktyabr 2026
410
19:01 / 10 Oktyabr 2026
234
18:48 / 10 Oktyabr 2026
193
18:31 / 10 Oktyabr 2026
93
18:21 / 10 Oktyabr 2026
94
18:09 / 10 Oktyabr 2026
92
17:42 / 10 Oktyabr 2026
139
17:34 / 10 Oktyabr 2026
119
17:30 / 10 Oktyabr 2026
102
16:47 / 10 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.