Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78250
az

Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

14:5408 Dekabr, 2022
237
İQTİSADİYYAT
  • A

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman gənclərin təhsil imkanlarının inkişaf etdirilməsinə dəstək göstərir. Bu dəfə Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən "Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsinin 2-ci buraxılışına Kapital Bank da qoşulub. Kapital Bank "SİRİ" layihəsinə qoşularaq təlimlərdə istifadə etmək üçün 6 ədəd notebook və 1 ədəd rəngli printer hədiyyə edib.

 

7 dekabr 2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin, Milli Məclisin deputatı Kamal Cəfərovun, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun iştirakı ilə "SİRİ" layihəsinin 1-ci buraxılışının məzunları ilə görüş keçirilib. Tədbirdə sabirabadlı gənclər "SİRİ" layihəsinin təşkilatçılarına təşəkkür etdilər və layihənin davam etdirilməsini xahiş etdilər. Görüşdə "SİRİ” layihəsinin 2-ci buraxılışının 2023-cü ilin mart ayında başlanması və 1-ci buraxılışda yüksək nəticə göstərən məzunların bu prosesə cəlb edilməsi qərara alınıb.

 

Qeyd edək ki, layihənin məqsədi gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və əmək bazarı üçün kadr potensialının artırılmasıdır. 2022-ci ilin yay aylarında Sabirabaddan olan 180 nəfər gənc arasından müvafiq test və müsahibə aparılaraq, onlardan 10 nəfər iştirakçı qisminə seçilib. Gənclər üçün təlimlərin keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında müvafiq şərait yaradılıb. Nazirliyin mütəxəssisi həftədə 3 dəfə gənclərə onlayn formada, 1 dəfə isə Sabirabada səfər etməklə "FrontEnd" istiqaməti üzrə təlimlər keçib.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  inflyasiya ay ərzində artaraq 7,84%-ə çatıb
Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb
Azərbaycan nefti bahalaşdı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu