Pensiyaçılara kreditlə bağlı şad xəbər – Yeni imkanlar açılır
14 Oktyabr 2026, 08:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1288
01.12.2022, 12:34
Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri noyabr ayında bonuslardan ortalama 54 manat pul qazanıblar.
Noyabr ayı ərzində Birbank-lılar ümumilikdə 2,8 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 107 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 125 000 manatdır. Müştərilər qazandıqları keşbekin 87%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 68% artaraq, təqribən 740 000 manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
19:44 / 14 Oktyabr 2026
1
19:31 / 14 Oktyabr 2026
31
19:27 / 14 Oktyabr 2026
139
19:25 / 14 Oktyabr 2026
40
19:23 / 14 Oktyabr 2026
40
19:13 / 14 Oktyabr 2026
41
19:09 / 14 Oktyabr 2026
43
19:06 / 14 Oktyabr 2026
60
18:55 / 14 Oktyabr 2026
54
18:44 / 14 Oktyabr 2026
68
18:38 / 14 Oktyabr 2026
118
18:36 / 14 Oktyabr 2026
54
18:29 / 14 Oktyabr 2026
62
18:25 / 14 Oktyabr 2026
81
18:24 / 14 Oktyabr 2026
833
18:10 / 14 Oktyabr 2026
91
17:54 / 14 Oktyabr 2026
64
17:50 / 14 Oktyabr 2026
82
17:46 / 14 Oktyabr 2026
70
17:45 / 14 Oktyabr 2026
184
17:01 / 14 Oktyabr 2026
269
16:59 / 14 Oktyabr 2026
67
16:50 / 14 Oktyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.