Pensiyaçılara kreditlə bağlı şad xəbər – Yeni imkanlar açılır
14 Oktyabr 2026, 08:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
398
29.11.2022, 11:15
Daha 6 rayonda “Vətən Bağı” yaradıldı
2021-ci ildən etibarən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.
Bu dəfə ağacəkmə layihəsi PAŞA Holding-in dəstəyi ilə Masallı, Oğuz, Naftalan, Ucar, Göyçay və Goranboyda həyata keçirildi. Masallıda 250, Oğuzda 150, Naftalanda 50, Ucarda 200, Göyçayda 280, Goranboyda isə 350 ədəd olmaqla ümumilikdə 1280 ədəd sərv, şam və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, PAŞA Holding-in, Kapital Bank-ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.
“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində “Vətən Bağ”larının sayı 23-ə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

02:14 / 15 Oktyabr 2026
1
00:15 / 15 Oktyabr 2026
73
00:04 / 15 Oktyabr 2026
63
23:55 / 14 Oktyabr 2026
75
23:52 / 14 Oktyabr 2026
66
23:52 / 14 Oktyabr 2026
79
23:44 / 14 Oktyabr 2026
91
23:39 / 14 Oktyabr 2026
92
23:36 / 14 Oktyabr 2026
77
23:28 / 14 Oktyabr 2026
131
23:24 / 14 Oktyabr 2026
78
23:20 / 14 Oktyabr 2026
184
22:57 / 14 Oktyabr 2026
98
22:50 / 14 Oktyabr 2026
67
22:42 / 14 Oktyabr 2026
105
22:34 / 14 Oktyabr 2026
84
22:31 / 14 Oktyabr 2026
1460
22:28 / 14 Oktyabr 2026
80
22:25 / 14 Oktyabr 2026
116
22:18 / 14 Oktyabr 2026
91
22:13 / 14 Oktyabr 2026
80
22:00 / 14 Oktyabr 2026
87
21:46 / 14 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.