Pensiyaçılara kreditlə bağlı şad xəbər – Yeni imkanlar açılır
14 Oktyabr 2026, 08:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
473
26.11.2022, 17:27
Sadələşdirilmiş vergi kiçik və orta müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Hansı şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir?
Vergi Məcəlləsinin müvafiq maddələri nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslər;
mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər (Vergi Məcəlləsinin müvafiq maddəsinin müddəaları nəzərə alınmalıdır)
Qeyd: Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır.
2) idman mərc oyunlarının operatoru və satıcıları, lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər;
3) mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
4) Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi qaydada bərbər, dərzi fəaliyyəti, habelə baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslər) məşğul olan fiziki şəxslər (fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla)
5) mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.
Sadələşdirilmiş vergi nə vaxt ödənilməlidir?
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Bu verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında qeydiyyatda olduqları vergi orqanına bəyannamə verməli və həmin müddətdə vergini dövlət büdcəsinə ödəməlidirlər.
Sadələşdirilmiş verginin ödəyiciləri hansı vergiləri ödəməkdən azaddır?
hüquqi şəxs – ƏDV, mənfəət vergisi, əmlak vergisi;
fiziki şəxs – gəlir vergisi və ƏDV
Hazırladı: Aynur Məhərrəmli
02:14 / 15 Oktyabr 2026
232
00:15 / 15 Oktyabr 2026
121
00:04 / 15 Oktyabr 2026
79
23:55 / 14 Oktyabr 2026
106
23:52 / 14 Oktyabr 2026
89
23:52 / 14 Oktyabr 2026
92
23:44 / 14 Oktyabr 2026
135
23:39 / 14 Oktyabr 2026
117
23:36 / 14 Oktyabr 2026
101
23:28 / 14 Oktyabr 2026
155
23:24 / 14 Oktyabr 2026
100
23:20 / 14 Oktyabr 2026
246
22:57 / 14 Oktyabr 2026
120
22:50 / 14 Oktyabr 2026
74
22:42 / 14 Oktyabr 2026
120
22:34 / 14 Oktyabr 2026
94
22:31 / 14 Oktyabr 2026
1583
22:28 / 14 Oktyabr 2026
90
22:25 / 14 Oktyabr 2026
142
22:18 / 14 Oktyabr 2026
162
22:13 / 14 Oktyabr 2026
94
22:00 / 14 Oktyabr 2026
97
21:46 / 14 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.