Süni intellekt milyonlarla insanı öldürə bilər – Bill Geytsdən xəbərdarlıq
15 Oktyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
324
20.11.2022, 17:10
"Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişin daşıma, dərman preparatları və s. məhsulların qiyməti Azərbaycan Repsublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud ucuzlaşmasını müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşıdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq".
Milli.Az yenisabah.az-a istinadən bildiriri ki, bu sözləri iqtisadi-ekspert Asif İbrahimli deyib.
İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:
"Məsələn, sərnişin daşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmir. Qiymət formalaşması isə - hansı ki, mən hər zaman demişəm və yenə də deyirəm, bu, bir qaydadır. İnsanlar hər zaman düşünür ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir. Digər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir".
Ətraflı
Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından qiymətlər məhsullar bahalaşır:
"Məsələn, hansısa xammalın xaricdən Azərbaycana gətirilməsi bahalaşıb deyə bu, təbii ki, qiymətə öz təsirin göstərəcək. Ötən il ərzində Azərbaycanda yanacağın qiyməti 2 dəfə artdı. Təbii ki, bu, daşınmada qiymətlərə təsiri göstərəcək, çünki maya dəyəri artıb. Habelə inşaat materiallarının qiyməti artdığına görə, tikinti sektorunda mənzillərin qiyməti artacaq. Bu da təbiidir. Yaxud sərnişin daşımada, əgər avtomobil ehtiyyat hissələrinin, yanacağın və digər amillərin qiyməti artıbsa, bu da artıq bunun əsas elementlərindən biridir".
"Keçən ilə nisbətən minimal əmək haqqı 250 manat idi, bu il oldu 300 manat. Əgər hazırkı maaşlar həmin o minimal əməkhaqqı olan 300 manatın fonunda tənzimlənirsə, deməli, əməkhaqqı fondu da artdı. Bunların hər biri isə maya dəyərinin şişməsinə gətirib çıxarır və qiymətin bahalaşması ilə nəticələnir", - qiymət artırmından söz açarkən deyib.
"Yeni il ərzində də belə bir tendensiya var: konkret olaraq məhsullara tələbat artdığına görə, qiymət artımları daim olur. Bu, Azərbaycanda yazılmamış qanundur və hər hansı bir başqa bir mexanizm tətbiq olunmur ki, orada qiymətlərin azaldılması, yaxud tənizmlənməsi həyata keçirilsin. Yeni il ərəfəsində də bu kimi məsələri hər zaman müşahidə etmişik. Qısası, xüsusilə qida məhsullarında qiymətin artması gözlənilir", - deyə müsahibimiz yekunlaşdırıb.
00:10 / 16 Oktyabr 2026
14
23:39 / 15 Oktyabr 2026
58
23:19 / 15 Oktyabr 2026
66
23:00 / 15 Oktyabr 2026
70
22:40 / 15 Oktyabr 2026
74
22:22 / 15 Oktyabr 2026
73
22:15 / 15 Oktyabr 2026
312
22:10 / 15 Oktyabr 2026
83
22:06 / 15 Oktyabr 2026
84
22:06 / 15 Oktyabr 2026
67
22:06 / 15 Oktyabr 2026
87
21:55 / 15 Oktyabr 2026
102
21:42 / 15 Oktyabr 2026
83
21:23 / 15 Oktyabr 2026
144
21:12 / 15 Oktyabr 2026
103
21:07 / 15 Oktyabr 2026
139
20:56 / 15 Oktyabr 2026
96
20:48 / 15 Oktyabr 2026
109
20:30 / 15 Oktyabr 2026
149
20:21 / 15 Oktyabr 2026
90
20:13 / 15 Oktyabr 2026
89
20:07 / 15 Oktyabr 2026
91
19:58 / 15 Oktyabr 2026
327
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.