Qızıl-gümüş bahalaşdı
16 Oktyabr 2026, 10:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
412
16.11.2022, 10:54
“Kapital Bank” ASC müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirdi. Filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Bankın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır. Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açıldı. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Açılış mərasimində F.Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edirdi. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşdülər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə “Kapital Bank” adından əklil qoyuldu.
F.Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub, 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. O, 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib, daha sonra 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.
F.Fərhadlı 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən F.Fərhadlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , “Birbank” kartı sifarişi üçün — .
17:33 / 16 Oktyabr 2026
1
17:17 / 16 Oktyabr 2026
180
17:16 / 16 Oktyabr 2026
32
16:59 / 16 Oktyabr 2026
408
16:51 / 16 Oktyabr 2026
69
16:34 / 16 Oktyabr 2026
63
16:15 / 16 Oktyabr 2026
900
16:13 / 16 Oktyabr 2026
71
16:09 / 16 Oktyabr 2026
72
16:01 / 16 Oktyabr 2026
174
15:39 / 16 Oktyabr 2026
221
15:35 / 16 Oktyabr 2026
204
15:29 / 16 Oktyabr 2026
172
15:22 / 16 Oktyabr 2026
314
15:20 / 16 Oktyabr 2026
79
15:10 / 16 Oktyabr 2026
66
15:00 / 16 Oktyabr 2026
71
14:45 / 16 Oktyabr 2026
73
14:41 / 16 Oktyabr 2026
110
14:24 / 16 Oktyabr 2026
2106
14:22 / 16 Oktyabr 2026
112
14:17 / 16 Oktyabr 2026
101
14:11 / 16 Oktyabr 2026
630
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.