Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan neft və qaz ixracının həcmləri açıqlanıb

Azərbaycan neft və qaz ixracının həcmləri açıqlanıb

İQTİSADİYYAT

256

11.11.2022, 14:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil edilmiş 27,2 milyon ton neftin 21,9 milyon tonu ixracedilib.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artımla hasil edilmiş 38,4 milyard kubmetr qazın 18,2 milyard kubmetri ixrac olunub.

"Yanvar-oktyabr aylarında qaz ixracı 17,4 faiz artıb. Avropaya 9,3 milyard kubmetr, Türkiyəyə 6,9 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz ixrac olunub", - nazir yazıb.