Qızılın qiyməti dəyişdi
20 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1917
27.09.2022, 20:53
Pulumuzu necə saxlayaq: Dollarla, avroyla, yoxsa manatla? – Ən qazanclı yol
Son günlər insanları narahat edən əsas məsələlərdən biri də dolların bahalaşacağına dair şübhələrdir.
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) yeni qərarına əsasən, uçot dərəcəsi 0,75 % artırılaraq 2.50%-dən 3.25%-ə yüksəldilib. Hazırda, maliyyə bazarının son 24 ildə ən yüksək məzənnəsilə alınıb-satılan pul vahidi ABŞ dollarıdır.
İqtisadçı-ekspert Elşad Məmmədov APA TV-yə bildirdi ki, dolların bahalaşması ilə bağlı təlaşa düşməyə ehtiyac yoxdur.
İqtisadçının fikrincə, Azərbaycanın xarici ticarət və cari əməliyyatlarındakı müsbət saldo kapital hərəkətindəki mənfi saldonu üstələyir. Məhz buna görə də, yaxın müddətdə bu halın Azərbaycan valyutasına ciddi təsiri gözlənilmir.
Ekspert bildirdi ki, dollarla bağlı təhlükə yaranmasa da, idxaldan asılılıq və dünya miqyasında inflyasiyaya meyilliliyin artması Azərbaycanda məhsulların qiymətinə mənfi təsir göstərə bilər.
Bəs əhali pul ehtiyatını hansı valyutada saxlasa, ziyana düşməz?
İqtisadçı deyir ki, hazırki şərait investisiya zənbilini şaxələndirməyi tələb edir. Yəni vəsait yalnız pul kütləsi formasında deyil, daşınmaz əmlak, qızıl və qızıl məmulatları formasında da saxlanılmalıdır. Çünki bu yatırım növləri daha dayanıqlıdır.
Elşad Məmmədovun fikrincə, yaxın perspektivdə dolların və avronun bölgəmizdə dövriyyəsi ilə bağlı problemlər yarana bilər. Buna görə də, dollara və avroya böyük həcmdə sərmayələrin qoyulması məqsədəuyğun deyil.
18:46 / 20 Oktyabr 2026
11
18:34 / 20 Oktyabr 2026
27
18:26 / 20 Oktyabr 2026
39
18:20 / 20 Oktyabr 2026
40
18:14 / 20 Oktyabr 2026
49
18:01 / 20 Oktyabr 2026
66
17:50 / 20 Oktyabr 2026
89
17:20 / 20 Oktyabr 2026
88
17:10 / 20 Oktyabr 2026
74
16:59 / 20 Oktyabr 2026
82
16:57 / 20 Oktyabr 2026
892
16:50 / 20 Oktyabr 2026
98
16:44 / 20 Oktyabr 2026
193
16:40 / 20 Oktyabr 2026
92
16:21 / 20 Oktyabr 2026
79
16:16 / 20 Oktyabr 2026
125
16:14 / 20 Oktyabr 2026
105
16:06 / 20 Oktyabr 2026
215
15:57 / 20 Oktyabr 2026
1677
15:50 / 20 Oktyabr 2026
83
15:30 / 20 Oktyabr 2026
840
15:26 / 20 Oktyabr 2026
75
15:18 / 20 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.