Qızılın qiyməti dəyişdi
20 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
504
23.09.2022, 10:49
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank yeni konsepsiyaya uyğun təmir edilən Əcəmi filialını müştərilərin ixtiyarına verdi. Filial Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 80E ünvanında (Əcəmi metro stansiyasının yaxınlığında) yerləşir. Əcəmi filialı müştərilərə ənənəvi bank xidmətlərini fərqli tərzdə təqdim edəcək. Artıq müştərilər özlərini daha rahat və səmimi mühitdə hiss edəcəklər.
Modern üslubda təmir edilən Əcəmi filialının fərqli cəhətləri ondan ibarətdir ki, filialda olan xidmət masaları və oturacaqlar qeyri-standart, əlvan rəngli və müasir tərzdə olmaqla müştərilərin daha rahat xidmət almalarına imkan yaradır. Filial əməkdaşları da fərqli geyimdə müştərilərə xidmət göstərir. Növbə sistemi üzrə əməkdaşlara yönləndirmə masa nömrələrinə görə deyil, əməkdaşın geyim rənginə uyğun təyin edilir.
Kapital Bank-ın Əcəmi filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 111 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.