Qızılın qiyməti dəyişdi
20 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
468
19.09.2022, 12:17
Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində keçirilən dəyirmi masada iştirak edib. Tədbir Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda keçirilib.
Tədbirin əsas məqsədi ekosistem oyunçuları arasında əməkdaşlığın və müzakirələrin təşviqi, baş verən proses və fəaliyyətlər haqqında məlumatlılığın artırılması, eləcə də xüsusilə regionlarda genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasına diqqət çəkməkdən ibarət olub.
İştirakçılar tərəfindən ölkəmizdə innovasiya ekosistemindəki çətinliklər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması və innovasiya maliyyələşməsi barədə müzakirələr edilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb. Bundan başqa iştirakçılar bu sahənin inkişafı üçün əhəmiyyət daşıyan 13 istiqamət üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Gənclər Fondunun (AzGF) birgə təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
23:59 / 20 Oktyabr 2026
96
23:35 / 20 Oktyabr 2026
125
23:23 / 20 Oktyabr 2026
95
23:16 / 20 Oktyabr 2026
92
22:54 / 20 Oktyabr 2026
125
22:44 / 20 Oktyabr 2026
115
22:33 / 20 Oktyabr 2026
135
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
113
21:51 / 20 Oktyabr 2026
235
21:47 / 20 Oktyabr 2026
213
21:42 / 20 Oktyabr 2026
120
21:39 / 20 Oktyabr 2026
484
21:33 / 20 Oktyabr 2026
1771
21:28 / 20 Oktyabr 2026
106
21:22 / 20 Oktyabr 2026
530
21:17 / 20 Oktyabr 2026
100
21:15 / 20 Oktyabr 2026
100
21:06 / 20 Oktyabr 2026
98
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.