Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank 2022-ci ilin aprel ayında ali məktəb tələbələri üçün yeni layihə təqdim edib. Layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edirdilər.
Şərtlərinə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparırdılar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.
21 iyul 2022-ci il tarixində layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə “Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi Nicat Həsənli, 3-cü yerə isə “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
Oxu24.com
ŞƏRHLƏR