Qaynar xətt:

(+99450) 247 90 86

Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?

Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?

İQTİSADİYYAT

400

13.07.2022, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir.

Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib. İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdır.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə gprı, son 1 ildə avro 18 faiz dəyər itirib və Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib: “Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormuzlayır.