Neftimiz bahalaşdı
27 Oktyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
497
10.06.2022, 01:44
Respublikada taxıl biçininə start verilib. Bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Milli.Az-a verilən məlumata görə, hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.
İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində "Aqroservis" ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. "Aqroservis" ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən həyata keçirilir.
Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.
12:28 / 27 Oktyabr 2026
1
12:24 / 27 Oktyabr 2026
7
12:01 / 27 Oktyabr 2026
49
11:55 / 27 Oktyabr 2026
56
11:45 / 27 Oktyabr 2026
56
11:33 / 27 Oktyabr 2026
75
11:25 / 27 Oktyabr 2026
96
11:16 / 27 Oktyabr 2026
161
11:09 / 27 Oktyabr 2026
87
11:05 / 27 Oktyabr 2026
310
10:53 / 27 Oktyabr 2026
71
10:48 / 27 Oktyabr 2026
100
10:45 / 27 Oktyabr 2026
72
10:40 / 27 Oktyabr 2026
94
10:36 / 27 Oktyabr 2026
145
10:34 / 27 Oktyabr 2026
75
10:32 / 27 Oktyabr 2026
82
10:25 / 27 Oktyabr 2026
73
10:14 / 27 Oktyabr 2026
225
10:08 / 27 Oktyabr 2026
97
10:04 / 27 Oktyabr 2026
600
10:02 / 27 Oktyabr 2026
79
09:41 / 27 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.