Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67082
az

“Qırmızı Ürəklər”lə “Hər şey mümkündür”!

11:0318 Mart, 2022
236
İQTİSADİYYAT
  • A

Məlumat verdiyimiz kimi, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirib. Layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub.

 

Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i, Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı olaraq daha bir neçə tədbir həyata keçirilib.

 

Bu dəfə "Günəş uşaqlar" adlandırılan Daun sindromlu uşaqlar üçün layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaqdır.

 

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azeri Light” bahalaşdı
Əhalinin bir nəfəri ayda 416,5 manatlıq mal alıb
Milli Məclis büdcənin icrasını müzakirə edəcək

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı