Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44289
az

Azərbaycan Türkiyəyə  16 mlrd. dollardan çox investisiya yatırıb

20:0715 Dekabr, 2020
433
İQTİSADİYYAT
  • A

Türkiyədən Naxçıvan Muxtar Respublikasına qaz boru xəttinin çəkilişi Azərbaycanla Türkiyənin əlaqələrini daha da genişləndirəcək və gücləndirəcək.

Oxu24.com -un  məlumatına görə, bunu bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazı Naxçıvana əsasən İran üzərindən qaz mübadiləsi vasitəsilə həyata keçirilir, lakin Azərbaycan qazının Türkiyədən birbaşa Naxçıvana ötürülməsi muxtar respublikanın bundan sonra da öz qaz ehtiyatlarını qarşılamaqda kömək edəcək: "Bu, iki ölkə arasında yeni bir layihədir. Tezliklə onun birbaşa iştirakçıları olan SOCAR və "BOTAŞ" şirkətləri layihəni həyata keçirəcək".

Nazir Azərbaycanla Türkiyə arasında olan münasibətlərə toxunaraq bildirib ki, iki ölkə enerji sahəsində qlobal beynəlxalq layihələr həyata keçirib.

"Biz iki ölkə arasında enerji əməkdaşlığı tarixini birlikdə yazmışıq. Azərbaycan müstəqil olduqdan sonra hər zaman, demək olar ki, qlobal enerji layihələrdə Türkiyə ilə yanaşı olub, Türkiyə ilə birlikdə bu layihələri həyata keçirib. Bu layihələr təkcə Azərbaycanın və ya Türkiyənin inkişafına deyil, eyni zamanda bölgənin digər ölkələrinə də müsbət təsirini göstərməkdədir. Azərbaycanla Türkiyənin enerji əməkdaşlığı bu gün gözəl  bir nümunədir", - deyə nazir vurğulayıb.

Qarşılıqlı sərmayələrə gəldikdə, P. Şahbazov bildirib ki, ümumilikdə, Azərbaycan Türkiyəyə 18 mlrd. ABŞ dollarından çox investisiya yatırıb ki, onun da 16 mlrd. dollardan çoxu məhz enerji sahəsinə yatırılıb.

"Eyni zamanda, Türkiyə də Azərbaycanda 13 mlrd. dollardan çox sərmayə yatırıb ki, onun 10 mlrd. dollardan çoxu məhz enerji sahəsinin payına düşüb. İki ölkə arasında mövcud olan müştərək layihələr bundan sonra da Azərbaycanın Türkiyəyə ilə enerji sahəsində əməkdaşlığı perspektivlərini müəyyənləşdirəcək. Düşünürəm, hələ irəlidə bir çox yeni layihələr var ki, biz onları bərabər həyata keçirəcəyik", - deyə P. Şahbazov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti ucuzlaşdı
Mərkəzi Bank “Atəşgah Həyat”ın vəzifəli şəxsini cərimələdi
İngiltərə Bankı doqquzuncu dəfə uçot dərəcəsini dəyişməz qoyub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı