"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?
12 May 2026, 22:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1684
18.06.2020, 15:59
Azərbaycanda koronovirusa görə işsizlərə aprel-may aylarında 190 manat bir dəfəlik ödənişlər verildi. Bu ödənişlər iyunun birindən etibarən dayandırıldı. Lakin hələ də iş yerlərindən məhrum olan yüzlərlə insan var. Bundan başqa, həftəsonları tətbiq olunan sərt karantin rejimi zamanı da insanlar gündəlik qazanclarından məhrum olurlar.
Əhaliyə dövlət tərəfindən sosial yardım edilməsi yenidən gündəmə gələ bilərmi? Hansı formada yardım paketləri ayrıla bilər?
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, həftəsonları tətbiq olunan sərt karantin rejimi həm biznesə, həm də günəmuzd işləyən vətəndaşlara ciddi təsir göstərib:
"Azərbaycan hökümətinin karantin rejiminə görə istər bizneslə, istərsə də vətəndaşlarla bağlı qəbul etdiyi paket iyunun birində sona çatdı. Çünki, bu paketlər aprel-may aylarını əhatə edirdi. Bu aylarda 600 minə yaxın insan 190 manat məbləğində maddi dəstək ala bildi. Təbii ki, bu paket bitib. Amma bu ay ən azından 4 gün - şənbə və bazar günləri sərt karantin tədbirləri tətbiq olundu. Bu tətbiqetmələrin ayın sonuna qədər davam etməsi də mümkündür. Bu da günəmuzd işləyənlərə, ümumiyyətlə biznes sahəsində çalışanlara, kafe-restoranlara, mağazalara çox ciddi təsir göstərdi. Amma əvəzində hökumət heç nə təklif etmədi".
Devalvasiya gözlənilir – Natiq Cəfərli – Rakus.az
İqtisadçı ekspert qeyd edib ki, sərt karantin rejimi ayın onuna qədər tətbiq edilərsə, ikinci bir təklif paketi ilə bağlı qərar qəbul olunmalıdır:
"Əgər ay ərzində bütün şənbə və bazar günləri bu cür olacaqsa, 8 gün həm günəmuzd işləyənlər vəsait qazana bilməyəcəklər, həm də biznesə ağır zərbə olacaq. Azərbaycan hökuməti gecikmədən daha böyük bir yardım paketinin qəbul olunmasına qərar verməlidir. Burda iki istiqamət ola bilər: karantinin özünün vurduğu ziyanların aradan qaldırılması üçün yeni tədbirlər planı, postkarantin dönəmində biznesin çarxlarının dönməsi, biznesin fəaliyyətinin yenidən bərpa olunması üçün yeni dəstək proqramlarının qəbul olunması. Amma çox təəssüf ki, bununla bağlı ciddi müzakirələr aparılmır".
00:05 / 13 May 2026
60
00:02 / 13 May 2026
38
23:59 / 12 May 2026
1939
23:54 / 12 May 2026
213
23:50 / 12 May 2026
137
23:43 / 12 May 2026
228
23:40 / 12 May 2026
44
23:31 / 12 May 2026
45
23:27 / 12 May 2026
40
23:25 / 12 May 2026
43
23:22 / 12 May 2026
54
22:47 / 12 May 2026
136
22:38 / 12 May 2026
73
22:20 / 12 May 2026
64
21:59 / 12 May 2026
73
21:54 / 12 May 2026
82
21:37 / 12 May 2026
102
21:15 / 12 May 2026
95
20:55 / 12 May 2026
85
20:44 / 12 May 2026
176
20:42 / 12 May 2026
89
20:39 / 12 May 2026
87
20:36 / 12 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.