"Bu gün “SOCAR Trading” şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırıb. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olub".
“Oxu24.com” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev yap.org.az saytına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir: “Məhz bu səbəbdən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdu. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlətəmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənib. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırıb”. Oxu24.com
ŞƏRHLƏR