Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
261
az

Əliyev Tarif Şurasına yeni səlahiyyət verdi

22:2404 Aprel, 2018
1512
İQTİSADİYYAT
  • A
 İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.
 
“Oxu24.com”un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirəcəklər.
 
Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ