Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
177
az

Azərbaycanlıya BP-də yüksək vəzifə verildi

17:2602 Aprel, 2018
1617
İQTİSADİYYAT
  • A
Hazırda BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.
“BP-Azerbaijan” şirkətindən Oxu24.com-a verilən məlumata görə, o, bu il mayın 1-dən vəzifəsinin icrasına başlayacaq. Bu yeni vəzifədə E. İsmayılov BP-nin Avstraliyadakı bütün Upstream (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Qeyd edəək ki, E. İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o, BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.

E.İsmayılov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin məzunudur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) bildirib ki, E.İsmayılov BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəzi ərazilərdə qaz olmayacaq
Bu məhsullar bahalaşdı
Azərbaycanlıya BP-də yüksək vəzifə verildi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu