Bu günün valyuta məzənnələri
21 Oktyabr 2026, 09:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
71
21.10.2026, 19:45
Dünya ölkələrinin xarici borcları arasında Beynəlxalq Valyuta Fondundan alınan kreditlər xüsusi yer tutur. BVF-yə ən çox borcu olan ölkələrin siyahısında isə Argentina ilk sırada qərarlaşıb. Pakistan, Misir, Ukrayna və Ekvador da BVF-yə ən çox borcu olan ölkələr sırasındadır.
Bəs ölkələr borcu niyə alır?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Beynəlxalq Valyuta Fondunun hansı ölkələrə vəsait ayırması həmin ölkələrin müflis olması, borclanması və ya çətin iqtisadi vəziyyətdə olması ilə bağlı deyil:
“BVF inkişaf etmiş ölkələrə də maliyyə dəstəyi göstərir. Bu, əsasən, güzəştli maliyyələşmə imkanları, infrastrukturun inkişafı və yeni texnologiyaların tətbiqinə dəstəklə əlaqədardır. Məsələn, Argentinanın uzun illər BVF ilə əməkdaşlıq etməsinin əsas səbəblərindən biri inflyasiyanın cilovlanması və xarici borc problemlərinin həlli ilə bağlıdır. Misir və Ukrayna kimi ölkələr də iqtisadi ehtiyaclarından asılı olaraq müxtəlif layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti cəlb edirlər”.
Eyyub Kərimli
İqtisadçının sözlərinə görə, BVF ölkələrə iqtisadi sabitliyin təmin edilməsi və islahatların həyata keçirilməsi istiqamətində dəstək göstərir:
“BVF iqtisadi islahatların həyata keçirilməsinə və makroiqtisadi sabitliyin qorunmasına kömək edir. Bu dəstək ölkələrin iqtisadi inkişafına töhfə verə bilər. BVF beynəlxalq səviyyədə fəaliyyət göstərən maliyyə qurumudur və inkişaf etmiş, inkişaf etməkdə olan, eləcə də az inkişaf etmiş ölkələrə müxtəlif formalarda maliyyə və texniki dəstək göstərir”.
20:28 / 21 Oktyabr 2026
10
20:27 / 21 Oktyabr 2026
13
20:25 / 21 Oktyabr 2026
21
20:22 / 21 Oktyabr 2026
25
20:14 / 21 Oktyabr 2026
34
19:59 / 21 Oktyabr 2026
211
19:34 / 21 Oktyabr 2026
94
19:24 / 21 Oktyabr 2026
86
19:09 / 21 Oktyabr 2026
111
19:04 / 21 Oktyabr 2026
83
18:53 / 21 Oktyabr 2026
77
18:39 / 21 Oktyabr 2026
79
18:35 / 21 Oktyabr 2026
77
18:27 / 21 Oktyabr 2026
92
18:22 / 21 Oktyabr 2026
85
18:19 / 21 Oktyabr 2026
94
18:10 / 21 Oktyabr 2026
82
18:06 / 21 Oktyabr 2026
90
17:59 / 21 Oktyabr 2026
91
17:59 / 21 Oktyabr 2026
89
17:56 / 21 Oktyabr 2026
86
17:42 / 21 Oktyabr 2026
89
17:39 / 21 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.