Bu günün valyuta məzənnələri
28 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
203
08.10.2026, 10:57
Azərbaycan Respublikasının maliyyə idarəçiliyi “Chandler Governance Group” tərəfindən dərc olunan 2026-cı ilə dair “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib.
Maliyyə Nazirliyindən Oxu24.com-a bildirilib ki, ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan “Maliyyə idarəçiliyi” (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub.
“Maliyyə idarəçiliyi” meyarı üzrə qiymətləndirmə “büdcə profisiti”, “dövlət xərclərinin səmərəliliyi” və “dövlət borcu” indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək “büdcə profisiti” üzrə birinci, “dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı, “dövlət borcu” üzrə isə 26-cı mövqedə yer alıb.
Təşkilatın dərc etdiyi hesabatda bildirilir ki, “maliyyə idarəçiliyi” meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir.
“Chandler Governance Group” mərkəzi Sinqapurda yerləşən və qlobal miqyasda dövlət sektorunun səmərəliliyini artırmağa xidmət edən beynəlxalq təşkilatdır.
Hökumətlərə dövlət idarəçiliyinin gücləndirilməsi və praktik islahatların aparılması istiqamətində dəstək göstərən təşkilat 2021-ci ildən etibarən dünya ölkələrinin hökumət imkanlarını, effektivliyini və dövlət idarəçiliyi keyfiyyətini ölçən və qiymətləndirən nüfuzlu qlobal indeks yayımlayır.
14:07 / 28 Oktyabr 2026
1
14:00 / 28 Oktyabr 2026
14
13:52 / 28 Oktyabr 2026
46
13:40 / 28 Oktyabr 2026
44
13:25 / 28 Oktyabr 2026
61
13:15 / 28 Oktyabr 2026
86
13:13 / 28 Oktyabr 2026
81
13:05 / 28 Oktyabr 2026
716
13:05 / 28 Oktyabr 2026
68
13:02 / 28 Oktyabr 2026
66
13:00 / 28 Oktyabr 2026
73
12:50 / 28 Oktyabr 2026
142
12:40 / 28 Oktyabr 2026
115
12:37 / 28 Oktyabr 2026
119
12:35 / 28 Oktyabr 2026
73
12:30 / 28 Oktyabr 2026
63
12:25 / 28 Oktyabr 2026
75
12:16 / 28 Oktyabr 2026
274
12:10 / 28 Oktyabr 2026
66
12:07 / 28 Oktyabr 2026
101
12:00 / 28 Oktyabr 2026
71
11:48 / 28 Oktyabr 2026
745
11:46 / 28 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.