Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
730
16.09.2026, 15:37
Bank sektorunda strateji birləşmə: Yeni dövrün reallıqları nədən ibarətdir? — AÇIQLAMA
Azərbaycanın bank sektorunda son dövrlər müşahidə olunan genişmiqyaslı struktur dəyişiklikləri fonunda növbəti mühüm sövdələşmə gündəmə gəlib. "Bank Respublika"nın "AccessBank"ın 100 faiz səhmlərini əldə etməsi ilə bağlı strateji razılaşmanın əsas şərtləri artıq təsdiqlənib. Məlumata görə, bu mühüm prosesin 2026-cı ilin noyabr ayına qədər tam şəkildə yekunlaşdırılması nəzərdə tutulur. Razılaşma baş tutduqdan sonra hər iki bank ilkin mərhələdə öz müstəqil fəaliyyətini davam etdirəcək. Növbəti mərhələdə isə müvafiq tənzimləyici prosedurlar tam nəzərə alınmaqla onların vahid bank strukturunda birləşdirilməsi planlaşdırılır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını Milli Məclisin deputatı Vüqar Bayramov cavablandırıb. Deputat bank sektorundakı konsolidasiya proseslərinin əhəmiyyətindən, sistem əhəmiyyətli qurumların mövqeyindən və gözlənilən iqtisadi dəyişikliklərdən danışıb.
O bildirib ki, bank sektorunda gedən struktur islahatları və konsolidasiya prosesi eyni zamanda xüsuisən dəyəri kiçik olan bankların minimum kapital tələblərinə uyğunlaşması baxımından əsas hədəflərdəndir.
Onun sözlərinə görə, “Bank Respublika"nın "AccessBank"ın səhmlərini alması və bundan əvvəlki digər razılaşmalar ümumilikdə bankların konsolidasiya prosesindən xəbər verir:
“Hələlik birgə birləşmədən tam söhbət getmir, çünki burada həm səhmlərin alınması, həm də daxili strukturun dəyişdirilməsi mərhələli şəkildə həyata keçirilir. Xüsusən də nisbətən zəif bankların digər maliyyə qurumları ilə birləşdirilməsi və onların müflisləşməsinin qarşısının alınması sistemin dayanıqlığı üçün çox vacibdir”.
Vüqar Bayramov vurğulayıb ki, bank sektorunda həddindən artıq təmərküzləşmənin qarşısının alınması və sistem əhəmiyyətli bankların sayının artırılmasına da hər zaman ehtiyac duyulur:
“Aparılan islahatlar təkcə mövcud mövqeləri gücləndirmir, eyni zamanda sektorda sağlam rəqabətin güclənməsinə, kredit faizlərinin azalmasına və toksik aktivlərin minimuma endirilməsinə xidmət etməlidir”.
Qeyd edək ki, Azərbaycanın bank sektorunda müşahidə olunan struktur dəyişiklikləri və iri miqyaslı birləşmələr maliyyə bazarının sağlamlaşdırılması, kapitalın daha səmərəli cəmləşdirilməsi və ümumi dayanıqlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür inteqrasiya prosesləri bankların iqtisadiyyata kredit dəstəyini genişləndirməklə yanaşı, sistem əhəmiyyətli qurumların mövqeyini möhkəmləndirir, risklərin idarə olunmasını optimallaşdırır və sektorda sağlam rəqabət mühitini təmin edir.
Çimnaz Telmanqızı
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.