Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118835
az

TOST maliyyə piramidasına pul qoyanlara BƏD XƏBƏR!

19:0325 Sentyabr, 2024
903
İQTİSADİYYAT
  • A

TOST maliyyə piramidası ilə bağlı rəsmi araşdırmalar aparıldıqdan sonra hesabda olan pullar kütləvi şəkildə silinməyə başlayıb.

Oxu24.com xəbər verir ki, bununla bağlı “Technote Media”  texnoloji informasiya agentliyinin rəhbəri Fərid Pərdəşünas məlumat verib.

"Qara xəbərlər gəlir! TOST maliyyə piramidasının nağdlaşma hesablarındakı pullar əriyir. Bir neçə saata 3.6 milyon dollar vəsait, 55 min dollara enib. Bu artıq pulu götürüb aradan çıxmaqdır. Hazırda pulunu çıxara bilməyən istifadəçilərdən hesaba əlavə ödəniləcək vergini qoymaq tələb edilir. Bu artıq son atışdır. Pulu götürüb qaçırlar. Qətiyyən vergini balansa qoymayın. Onsuz da getdi pullar. Bədbəxt oldu oynayanlar."-deyə o sosial hesabındakı paylaşımında qeyd edib.

Qeyd edək ki,DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılması barədə bu gün rəsmi xəbər yayılmışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Bu 2 ölkə ilə yeni    saziş   imzalayacağıq
Gələn aydan bu müavinətin     məbləği     artırılır