Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107089
az

Nağdsız ödənişlərin həcmi 5,7 milyard manata yüksəlib

15:0025 Aprel, 2024
46
İQTİSADİYYAT
  • A

Ödəniş kartlarının artması bu ilin mart ayında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Oxu24.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb.

2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4737 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 952 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.7%-ni təşkil edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti ucuzlaşdı
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...