Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107060
az

“Sahibkarlığın inkişafı dövlətin əsas hədəflərindən biridir”

11:3025 Aprel, 2024
35
İQTİSADİYYAT
  • A

Xəbər verdiyimiz kimi, Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir keçirilir.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edib.

İ. Kərimov tədbiri sahibkarların hüquqlarının və maraqlarının qorunmasına töhfə vermək istiqamətində faydalı fürsət kimi qiymətləndirib.

O deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edildikdən sonra ölkəmizin inkişaf strategiyası möhkəm təməllər üzərində qurularaq, bazar iqtisadiyyatına sürətli keçid baş verib:

“Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”.

Hesab edirəm ki, düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb. Nəticədə özəl sektorun, eləcə də ölkənin sosial-iqtisadi inkişafında önəmli rol oynayan geniş sahibkarlar təbəqəsi formalaşıb. Ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiyasında mühüm nailiyyətlər əldə olunub.

Bu düşünülmüş siyasət sonrakı illərdə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, iqtisadiyyatın inkişafı üzrə uzunmüddətli strategiya və dövlət proqramları qəbul olunub”.

O qeyd edib ki, sahibkarlıq iqtisadi inkişafın təməl daşı kimi dayanıqlı iqtisadi sistemin qurulmasına və iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Ona görə də bu fəaliyyətin dəstəklənməsi və sahibkarlığın inkişafı hər zaman dövlətimizin əsas hədəflərindən biridir. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti ucuzlaşdı
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil