Qaynar xətt:

(+99450) 247 90 86

İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

İQTİSADİYYAT

784

30.01.2024, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.

"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.

Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.