Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur idmançı öldü

Məşhur idmançı öldü

İDMAN

652

27.08.2023, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1988-ci il Seul Oyunlarının Olimpiya çempionu, Rusiya Federasiyasının əməkdar məşqçisi, qılıncoynadan Ənvər İbrahimov 57 yaşında vəfat edib.

Oxu24.com xəbər  verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb. Onlar idmançının ailəsinə və yaxınlarına başsağlığı veriblər.

"Ənvər Kamileviçin ailəsinə, dostlarına, tələbələrinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi mübarək", - deyə dərc olunan mesajda deyilir.

İbrahimovla ayrılması ilə bağlı məlumatın daha sonra dərc ediləcəyi vəd edilir. Ənvər İbrahimovun Seuldan olan “qızıl”dan başqa dünya çempionatlarında gümüş və bürünc medalları var.

 

Müəllif:Afət