Qaynar xətt:

(+99450) 247 90 86

Maqnus Karlsen: “Nicat Abasov güclü şahmatçıdır”

Maqnus Karlsen: “Nicat Abasov güclü şahmatçıdır”

İDMAN

610

17.08.2023, 10:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Nicat Abasov güclü şahmatçıdır. Yarışda göstərdiyi oyun bu sözləri deməyə imkan verir”.

OXU24.COM  məlumatına görə, bunu norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasova rəqib olması barədə danışarkən deyib.

33 yaşlı qrosmeyster onları maraqlı mübarizənin gözlədiyini vurğulayıb.

Beşqat dünya çempionu növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib:

“Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacağam”.

Qeyd edək ki, karyerasında ilk dəfə Dünya Kubokunun yarımfinalına yüksələn Nicat Abasov Karlsenlə ilk görüşünü avqustun 19-da keçirəcək.