Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90999
az

Prezident Ərdoğan “Qalatasaray”ı qəbul edib

22:3816 İyun, 2023
474
İDMAN
  • A

Prezident Rəcəb Tayyib Ərdoğan 2022-2023-cü il mövsümünü Spor Toto Super Liqasında çempion olaraq başa vuran "Qalatasaray" futbol komandasının menecerlərini, texniki heyətini və oyunçularını Vahdettin Köşkündə qəbul edib.

 

Oxu24.com xəbər  verir  ki,Prezident Ərdoğan Vahdettin Köşkündə mətbuata qapalı keçirilən qəbulda Qalatasaray futbol klubunu çempionluğu münasibətilə təbrik edib, heyətlə söhbət edib.

 

Çempionluq kuboku ilə malikanəyə gələn “Qalatasaray” klubunun prezidenti Dursun Özbək prezident Ərdoğana üzərində “Rəcəb Tayyib Ərdoğan” yazılmış 53 nömrəli “Qalatasaray” formasını hədiyyə edib.

 

Prezident Ərdoğan və nümayəndə heyəti qəbulun sonunda xatirə şəkli çəkdirdilər.

 

Gənclər və İdman Naziri Osman Aşkın Bak, TBMM İcra Başçısı və AK Partiya İzmir Millət vəkili Alpay Özalan, AK Partiya İzmir Millət vəkili Mehmet Kasapoğlu, Prezident Aparatının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun, Prezidentin Baş müşaviri Akif Çağatay Kılıç, Gənclər və İdman Nazirinin müavini Həmzə Yerlikaya iştirak ediblər. 

 

Tərcümə: Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı