Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynalı idmançı rus tenisçinin əlini sıxmaqdan imtina etdi

Ukraynalı idmançı rus tenisçinin əlini sıxmaqdan imtina etdi

İDMAN

716

04.06.2023, 23:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynalı tennisçi Elina Svitolina Rolan Qarros kortlarında Fransa Açıq çempionatının dördüncü tur matçından sonra rusiyalı Daria Kasatkina ilə əl sıxmayıb.

 

Oxu24.com Ren TV-yə istinadən xəbər  verir  ki, görüş 6:4, 7:6 (7:5) hesabı ilə ukraynalının xeyrinə başa çatıb. Eyni zamanda, qarşılaşma başlayandan sonra Kasatkina Svitolinaya baş barmağını göstərərək, onu bəyənib.

 

Eyni hadisə mayın 19-da Romada keçirilən WTA turnirinin yarımfinalında da baş verib. Ukraynalı tennisçi Ancelina Kalinina rusiyalı rəqibi Veronika Kudermetova ilə əl sıxışmayıb. Ukraynalı qadın əl sıxmağı qəbuledilməz adlandırıb. Jurnalistlərə müsahibəsində tennisçi bildirib ki, tennis təkcə idman deyil, həm də “siyasi bir şeydir”.

 

Tərcümə: Miri Məcidli