Rusiya İranı məğlub etdi
29 Sentyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
694
04.05.2023, 12:52
İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.
Elm və Təhsil Nazirliyindən Oxu24.com -un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.
Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.
Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:
- 8-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;
- 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;
- 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;
- 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
- 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
- 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə - baş məşqçi-müəllim.
- 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.