Rusiya İranı məğlub etdi
29 Sentyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
626
26.04.2023, 19:19
Fransa Liqa1-nin son turunda "Anje"ni 2:1 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Kristof Qaltye futbolçulara üç günlük istirahət verib.
OXU24.COM xəbər verir ki, Paris klubunun argentinalı ulduzu Lionel Messi fürsətdən istifadə edərək Barselonadakı evinə yollanıb. O, bu müddət ərzində keçmiş komanda yoldaşları ilə görüşüb. Leo Kataloniyada ümumilikdə dörd gün keçirib.
İstirahətin sonunda Parisə qayıtmaq vaxtı gəlib. Bundan xəbər tutan "Barselona" azarkeşləri futbolçunun Parisə uçacağı hava limanına yollanıblar. Onlar hücumçunu buraxmaq istəməyiblər. Azarkeşlər hava liminanın önündə Leonu mühasirəyə alıblar. Onunla şəkil çəkdirən də olub, avtoqraf alan da.
Messiyə "Barsa"ya qayıtması üçün çağırışlar edən fanatların sayı da az olmayıb. Maraq doğuran ifadə isə "axmaqları tərk elə, evinə geri qayıt" olub. Bu zaman azarkeşlərə tərəf baxan 35 yaşlı superulduz azarkeşin şüarını eşidib və gülüb. Həmin an kameralar tərəfindən lentə alınıb.
Leonun PSJ ilə müqaviləsi mövsümün sonunda bitəcək. Onun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil. Ancaq bir şey dəqiqdir:: onu Barselonada Parisdəkindən qat-qat çox sevirlər
23:02 / 30 Sentyabr 2026
93
22:17 / 30 Sentyabr 2026
3833
22:16 / 30 Sentyabr 2026
110
21:40 / 30 Sentyabr 2026
341
21:12 / 30 Sentyabr 2026
1097
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
79
20:38 / 30 Sentyabr 2026
366
20:33 / 30 Sentyabr 2026
82
20:10 / 30 Sentyabr 2026
170
20:10 / 30 Sentyabr 2026
96
19:50 / 30 Sentyabr 2026
91
19:35 / 30 Sentyabr 2026
695
19:26 / 30 Sentyabr 2026
259
19:26 / 30 Sentyabr 2026
95
19:23 / 30 Sentyabr 2026
82
19:21 / 30 Sentyabr 2026
96
19:15 / 30 Sentyabr 2026
82
19:12 / 30 Sentyabr 2026
100
19:01 / 30 Sentyabr 2026
113
18:53 / 30 Sentyabr 2026
173
18:45 / 30 Sentyabr 2026
130
18:29 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.