Qaynar xətt:

(+99450) 247 90 86

Ülvü Qənizadə də qızıl medal qazandı

Ülvü Qənizadə də qızıl medal qazandı

İDMAN

590

23.04.2023, 22:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Oxu24.com xəbər verir ki, Ülvü Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib.
 

Görüş 7:7 hesabı ilə başa çatıb. Lakin  xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.

Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.