Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85569
az

"Qarabağ" bu gün "Qalatasaray"la qarşılaşacaq

09:3326 Mart, 2023
269
İDMAN
  • A

Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək.

Oxu24.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Xeyriyyə matçı
26 mart
20:00. "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada oyunçu  LGBT emblemindən imtina etdiyinə görə Monakonu cəzalandırmaq istədilər
“Qarabağ”dan 27 ilin rekordu
Qvardiola Kloppa görə ağladı